+

... Yaxşıların ittifaqı ...

Pislərin itifaqının əsil hədəfi

Eqoist, acgöz, vicdansız və insaniyyətsiz insanlar aralarındakı qısqanclıq və rəqabət səbəbiylə heç vaxt birlikdə hərəkət edə bilməz, əməkdaşlıq edə bilməz, bu səbəblə də müxtəlif dəstələrə bölünərlər. Bu bölünmənin bir nəticəsi olaraq da bir-birlərinə qarşı çox şiddətli düşmənçilik bəsləyərlər. Allah pislərin, yəni inkarçıların, bu istiqamətlərini bir ayəsində belə bildirir:

... Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır.
(Həşr surəsi, 14)

Ancaq pisləri, öz içlərindəki bu dəstələrə baxmayaraq bir yerə gətirən və birlikdə hərəkət etdirən bəzi hadisələr var. Hər şeydən əvvəl onları bir yerə gətirən və ortaq bir məqsəddə birləşdirən şey, əvvəlki hissədə bəhs etdiyimiz kimi şeytanın pislərin üzərindəki təsiridir. Bir yerə gəlişləri isə çağırış, elan və ya yazılı bir müqavilə ilə olmaz. Hətta çox vaxt öz aralarında tək bir söz belə danışmadan, heç bir dəfə belə görüşmədən güclü bir birlik meydana gətirərlər. Bir-birləri ilə maddi və mənəvi maraqları səbəbiylə hər zaman rəqabət və çəkişmə içində olan kəslər belə, ortaq hədəfdən söhbət getdikdə bütün çəkişmələri unudar və birləşərlər. Bu hədəf şeytanın özlərinə əmr etdiyi hədəfdir: Yaxşılara, Allaha və axirət gününə iman edən müsəlmanlara, vicdanlı, səmimi, dürüst və haqdan yana olan insanlara qarşı bir güc yaratmaq və onları müxtəlif yollarla təsirsiz hala gətirmək, ya da öz tərəflərinə çəkmək ... Allah, “... Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər...” (Ənam surəsi, 121) ayəsiylə şeytanın pislərə etdiyi bu gizli çağırışı iman edənlərə bildirmişdir.
Şeytanın təlqinləri və istiqamətləndirməsi ilə meydana gələn bu ittifaqın hərəkətləri və son məqsədləri keçmişdə yaşamış olan pislərlə eynidir.
Keçmişdə də, indiki vaxtda da pislərin ittifaqının ən böyük hədəfi, Allahın Quranda bildirdiyi gözəl əxlaqın, fədakarlığın, səmimiyyətin, dürüstlüyün, vicdanın və ədalətin insanlar arasında hakim olmasına maneə törətməkdir.
Bu kəslər hər nə qədər yaxşılığın müdafiəçiləri olduqlarını söyləsələr də, əslində Quran əxlaqının yaşanması onların maraqlarına, dünyəvi ehtiraslarına mane olacaq, yəni onların “işlərinə gəlməyəcək”. Bu səbəblə, var gücləriylə dinin və Quran əxlaqının yayılmasını və yaxşı insanların sayının artmasına maneə törətmək üçün səy göstərərlər. Eyni zamanda yaxşıların də öz sıralarına keçib, doğru yoldan azmalarını ürəkdən arzu edərlər. Ən böyük arzuları isə yaxşıların bir gün çıxıb artıq haqqı müdafiə etməkdən imtina etdiklərini, pislər kimi bu dünya mənfəətləri üçün çalışan, həqiqətlərə gözlərini bağlayan, yalnız əyləncəsinin, yeməyinin və digər ehtiyaclarının arxasında qaçan insanlar olduqlarını söyləmələridir. Əgər bu arzuları reallaşsa pislər dərhal öz ittifaqlarını dağıdar və yaxşılarla mübarizə aparmaqdan imtina edərlər. Yaxşı insanların özləri kimi danışmağa, düşünməyə və yazmağa başlamaları, insanlara, qadınlara, uşaqlara, gənclərə, yaşlılara özləri kimi davranmaları onların yaxşılar əleyhindəki fəaliyyətlərini durdurmaları üçün kifayətdir. Allah bir çox ayəsində inkar edənlərin iman edənləri öz tərəflərinə çəkmək üçün şiddətli bir istək duyduqlarını bildirir. Bu ayələrdən bəziləri belədir:

Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib onlarla eyni olmanızı istəyərlər... (Nisa surəsi, 89)

Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin kafir olmanızı istəyərlər. (Mumtəhinə surəsi, 2)

Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın! Həqiqətən, Allah hər şeyə qadirdir.
(Bəqərə surəsi, 109)

Allah bir başqa ayəsində isə inkarçıların inananları dinlərindən döndərənə qədər mübarizə aparacaqlarını bildirir:

“... Lakin insanları Allah yolundan sapdırmaq, Onu inkar etmək, müsəlmanları Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 217)

Şər ittifaqının yaxşılara qarşı birləşməkdəki bir digər hədəfi də, əgər yaxşıları öz sıralarına çəkə bilməzlərsə, bu dəfə də onları müxtəlif üsullarla yaxşılıqlardan və xeyirli işlərdən uzaqlaşdırmaqdır. Bunun üçün isə Quranda keçmiş qövmlərdən nümunələr verilərək pislərin yaxşılara qarşı iftiralar ataraq həbs etdirmək, ölümlə təhdid etmək, öldürməyə cəhd etmək, sui-qəsd, qətliam, sürgün, lağ, təhqir etməyə çalışmaq, dağıtmaq üçün səy göstərmək, böhtan kimi bir çox metoddan istifadə etdikləri bildirilir. Bu ayələrdən bəzilərində belə buyurulur:

Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. (Tovbə surəsi, 107)

Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!” – dedilər və ona hədə-qorxu gəldilər.
(Qəmər surəsi, 9)

Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır. (Mumtəhinə surəsi, 9)

Ancaq unudulmamalıdır ki, Quranda Allahın dinindən uzaqlaşmış, Allahın elçilərinə qarşı çıxmış bu insanların səylərinin boşa çıxacağı da xəbər verilmişdir. Ayədə belə buyurulur:

Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. Bir görəydin Mənim cəzam necə oldu!
(Mömin surəsi, 5)