+

... Yaxşıların ittifaqı ...

Hörmətli Adnan Oktarin müsahibələrində sevgi ilə əlaqədar verdiyi izahlar

Adnan Oktar: İnsanlar əsil sevgini öyrənəcəklər. Sevgisizlikdən insanlarımız pərişan vəziyyətdədir. Məsələn, bax, bir az sonra yenə bəzi yerlərə getməyi düşünürəm inşaAllah proqramdan sonra, baxıram insanlarımıza, heç kimin üzü gülmür. Heç mi seviləcək bir şey yoxdur, məsələn, o çiçəklər sizi heç mi maraqlandırmır, gözəl körpə uşaqlar var, bapbalaca, heç kim maraqlanmır.
Aparıcı: O qədər iqtisadi problemin içərisində insanlar çiçək mi görəcəklər, hocam, belə desək bu cür bir cavabla qarşılaşırıq, yəni bu qədər iqtisadi çətinliyin içində, pul yox, imkan yox, mənim çiçəyə baxacaq halım mı qaldı cavabını alırıq.
 Adnan Oktar: Bəli, baxın, hər kəs oruc tutub indi, heç birimiz yemək yemirik, acıq, amma eşqlə doluyuq, sevgi doluyuq, demək ki, aclıq bizim sevgimizi qırmır. İnsan ölərkən belə gözündə eşq ifadəsi qalar, son o anda belə gözündə eşq ifadəsi qalar, məhəbbət qalar, Allah eşqiylə insan ölür, yəni acı çəkmək, çətinə düşmək eşqi tərk etməyi tələb etmir. Allah eşqi heç vaxt buraxılmaz. Ən azğın, ən çətin işgəncələrdə belə Allah deyilər və Allah eşqi hər yerdədir, heç bir şəkildə buraxılmaz. Biz quru çörək yeyərik, içində bir parça pendir olar, amma Allah eşqiylə, coşğuyla yaşayarıq. Bizi mal, mülk xoşbəxt etməz. Biz, məsələn, indi bir mağarada da ola bilərdik, torpaqdan tikilmiş bir evin içində də danışa bilərdik, eyni eşqi, eyni məhəbbəti yaşayardıq, eyni coşğunu yaşayırdıq, yəni biz yeməyə görə, əşyaya görə, mala, mülkə görə hərəkət etmərik. Allah eşqinə görə hərəkət edərik, Allah rizasına görə hərəkət edərik. Bizi xoşbəxt edən Allahın eşqidir, Allaha olan inancımızdır, Allahdan olan qorxumuzdur. Allah nə gözəl bizə, əlhəmdülillah haqq kitab Quranı göndərmiş, əlimizdə tərtəmiz bir din var, heç pozulmamış, haqq din və Allah hakim edəcəyəm deyir və sözündə dayanır Allah, mən sözümdə duraram deyir, addım-addım addım-addım irəlilədir. İnşaAllah yurdumuzun şərqi də, qərbi də, hər yer bir gözəlliyə qovuşacaq. İndi bizi seyr edən şərqi Anadoludakı qardaşlarımız, kürd qardaşlarımızdır, amma mən onlara türk olaraq baxıram, hamısı türkdür, çünki Türkiyədə yaşayanların, onların o gözəl yerlərinə gedəcəyik inşaAllah, kürd çadırlarında oturacağıq, birlikdə yemək yeyəcəyik, ondan sonra orada oğlaq səsləri, quzu səslərini eşidəcəyik. Qara dənizə gedəcəyik, o şan balını birlikdə yeyəcəyik. Azərbaycana gedəcəyik, Xəzərin sahilində kabab edəcəyik orada, yemək yeyəcəyik inşaAllah. Qazaxıstana gedəcəyik, Məkkəyə, Mədinəyə, Mərakeşə, Tunisə, Əlcəzairə, Kasablankaya, hər yerə gedəcəyik inşaAllah, hər yer açılacaq. (Kanal 35, 23 avqust 2009)

 

Hz.Mehdi (ə.s) sevgisizlik bəlasını insanların üzərindən qaldıracaq

Adnan Oktar: Baxın, sevgi və səmimiyyət getdikdən sonra geriyə cəsəd qalar. Yəni üfunətli bir cəsəd qalar və artıq o insan üçün əziyyətli günlər başlayar, acı günləri başlayar və sürünər o zaman. Axşama qədər işləyir, pul qazanır. Gedir o pulla axşam bir az yemək yeyir, televizorda bir parça bir şey seyr edir, dedi-qodu edib bir şeylər danışıb yatır. Ertəsi gün yenə işə gedir, yenə işləyir, yenə bir parça yemək yeyir, yenə bir az dedi-qodu edir, dalaşır, söz ilişdirir.
Aparıcı: Rejim, dünyada etməli olduğu işləri edir.
Adnan Oktar: Elə deyil dünya, bu bir bəladır, Allahdan verilmiş bir bəladır. Biz bunun üçün gəlməmişik dünyaya.
Aparıcı: Hər kəsin bir vəzifəsi var.

Adnan Oktar: Əlbəttə. Biz canla Allahı eşqlə sevmək üçün gəldik. Biz burada eşqi yaşamağa, ehtirası yaşamağa gəldik, Allahın razılığını yaşamağa gəldik. Allaha qul olmağa gəldik. İnsanlar öz əlləriylə özlərini cəzalandırırlar. Allah, şeytandan Allaha sığınıram bu mövzuda deyir ki, Allah insanlara zülm etməz, insanlar özlərinə zülm edirlər. Öz əlləri ilə özlərini məhv edir insanlar. Məhz hz. Mehdi (ə.s) bu bəlanı, insanların öz özünü yandırdığı sistemi dayandıracaq. Onları yenidən səmimi sevgiyə, səmimi dostluğa və yoldaşlığa dəvət edib o ruhu onlara yaşadacaq, Allahın diləməsi ilə. (Kon TV, 1 fevral 2009)