+

... Yaxşıların ittifaqı ...

Yaxşılarla ittifaq yaratmağı təxirə salmaq olmaz

Bu saytın yazılma məqsədi yaxşılara, vicdan sahiblərinə, dürüst, səmimi, nikbin, mehriban, təvazökar, xeyirxah, vəfalı, iffətli, fədakar, bağışlayıcı, barışdırıcı, mülayim, sülh tərəfdarı insanlara müraciət etməkdir. Bu insanların hamısı, əlbəttə ki, ətraflarında hər zaman gözəl söz, hörmət və sevgi dolu davranışlar, sülhsevər və dinc bir mühit görmək istəyən, həssas və sağlam düşüncəli insanlardır.
Ancaq bir də ətrafımızda, həm də olduqca çox sayda pis, vicdansız, saxtakar, yalançı, pessimist, hiyləgər, səmimiyyətsiz, təkəbbürlü, eqoist, nankor, hörmətsiz, kinli, dedi-qoduçu, iffətsiz, davakar, əsəbi, acıdil, nifrət dolu insan var. Bu insanlar sahib olduqları pis xüsusiyyətləri bütün insanlara yaymaq, onları bu pisliklərin təsiri altına almaq üçün şeytanla əməkdaşlıq halındadırlar. İndiki vaxtda son dərəcə güclü və zərərli bir hala gələn pislərin ittifaqına qarşı yaxşılar də vaxt itirmədən, zəmin yoxlamadan, kim nə edir deyə baxmadan, kimin nə dediyinə fikir vermədən, çətinlikləri gözə alaraq, iman şövqü ilə bir-birləri ilə ittifaq etməli və var gücləriylə pisliklərə qarşı çıxmalıdırlar.
Bu gün insanların bir-birlərinin səhvlərini, əskikliklərini araşdırmalarının, hər insana bir qəbahət taparaq onu gözdən çıxarmalarının vaxtı deyil. Əksinə, “Mən müsəlmanam” deyən, “Mən vicdanlı, yaxşı bir insanam” deyən hər kəs ittifaq etməli, pisləri gücləndirəcək və cəsarətləndirəcək hər cür davranışdan qətiyyən çəkinməlidir.
Bu ittifaqı gecikdirmək və ya “Əvvəlcə hər kəs edəcəyini etsin, mən də ona görə davranaram” demək isə, pislərin zülmləri qarşısında zərər çəkmiş və məzlum vəziyyətdə olan kəsləri yalnız buraxmaq olar.
Hər kəsin bir-birinə hüsnü-zənlə baxdığı, səhvlərin və ya nöqsanların dostluq və səmimi bir üslubla dilə gətirilərək düzəldildiyi, sülhün, mehribanlığın, tolerantlığın, yoldaşlığın, sevincin, bərəkətin qısacası, Quran əxlaqının hakim olduğu bir mühitdə yaşamaq üçün bütün vicdanlı insanlar əllərindən gələnin ən çoxunu etməlidirlər. Bizlər bu niyyətlə hərəkət etsək, sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz bütün bu gözəllikləri verəcək. Elə isə hər kəs yaxşılarla, yaxşılıq və xeyir üçün bütün həyatını həsr edənlərlə birlik və bərabərlik içində olmalıdır. Unudulmamalıdır ki, Allah Saff surəsinin 4-cü ayəsində müsəlmanların, “... möhkəm bir divar kimi ...” olmalarını əmr edir.