+

... Yaxşıların ittifaqı ...

Müsəlmanlar Allahın ipindən möhkəm yapışmalıdır

Aparıcı: ... Bildiyiniz kimi dünyanın hər tərəfində çox böyük gərginliklər yaşanır, qan tökülür, məsumların canına qəsd edilir və hər yerdə əxlaqi degenerasiya ilə qarşı-qarşıyayıq. Harun Yahya bu mənzərə qarşısında müsəlmanlara qısa şəkildə nə söyləyər görəsən, buna cavabınız nə olardı?

Adnan Oktar: Müsəlmanlar Allah qorxularını artırsınlar, Allaha sevgilərini artırsınlar, imanlarını dərinləşdirsinlər, bir-birlərini çox sevsinlər, məzhəb ayrılıqlarından qaynaqlanan çəkişmələrdən şiddətlə çəkinsinlər, Allahın ipinə hamımız birlikdə çox möhkəm yapışaq. Allahın müjdələdiyi bir dövrdəyik, Allah Hadi adıyla təcəlli edir. 10 ilə qədər bu dediyim mütləq olacaq, inşaAllah bunu görəcəklər. Səid Nursi Həzrətləri çox ətraflı bunu izah etmişdir, mərhələ-mərhələ hamısını tarixlər verərək izah etmişdir və hamısı reallaşmışdır. 10 il sonrakı hadisələri də bildirmişdir, Allahın izni ilə bunların da olduğunu görəcəksiniz, könülləri çox rahat olsun, hamısını çox sevirəm. Əziyyətli bir dövrdən keçdilər, Cənubi Afrika xüsusilə çox əziyyət çəkdi, amma bütün İslam ölkələri əziyyət çəkdi, hz. Yusif (ə.s) da əziyyətlə gözəlləşdi, əziyyətlə dərinləşdi, əziyyət aşiqin gözəllik sirridir, aşiqi gözəlləşdirər, dərinləşdirər, Allaha sevgisini artırar, biz əziyyətlə bişdik, əziyyətlə gözəlləşdik. İnşaAllah İslamın hakimiyyətində bu sevgimizi, bu məhəbbətimizi coşğuyla dünyaya göstərəcəyik. Bütün xristian aləmi, bütün müsəlman aləmi birləşəcək, yalnız İslam dini qalacaq inşaAllah, musəvi qardaşlarımız də hamısı müsəlman olacaqlar inşaAllah. Coşğulu, gözəl, xoşbəxt bir dövrdür bu, son dövr, qızıl dövr ona giririk inşaAllah 2120-ci ildə inşaAllah qiyaməti gözləyirik, Allahın izni ilə. Mənim qiymətli qardaşlarım daha ətraflı məlumat əldə edə bilmək üçün www.harunyahya.org, www.harunyahya.comwww.adnanoktar.az ünvanlarına girsələr çox əhatəli, çox ətraflı məlumatlar tapacaqlar və pulsuz yükləyə bilərlər buradan, hər cür kitabımı, hamısı halaldır, halal pulsuz olaraq yükləsinlər, oxusunlar inşaAllah. (Hörmətli Adnan Oktarın Radio Islam müsahibəsi, 2 sentyabr 2009)