+

... Yaxşıların ittifaqı ...

Pislərin ittifaqının qurduğu tələlər başdan pozulmuşdur

Sayt boyunca pislərin tarixi dövr ərzində yaxşılar əleyhinə fəaliyyət içində olduqlarından, bu məqsədlə şər ittifaqları qurduqlarından və bu şər ittifaqlarının yaxşılara qurduqları tələlərdən bəhs edildi. Kitabın digər bir hissəsində isə, yaxşı və gözəl xasiyyətli insanların pislikləri təşkil edən və onlara tabe olanlara qarşı birlik içində hərəkət etməli olduğundan, yaxşıların birlik və bərabərliklərinin meydana gətirəcəyi mənəvi gücün yer üzündəki pislikləri yox edəcəyindən bəhs edildi.
Bütün bunlar Rəbbimiz olan Allahın Quranda müjdələdiyi həqiqətlərdir. Rəbbimiz bizə bir həqiqəti daha müjdələyir: Pislərin planları, qurduqları tələlər nə qədər güclü və qorxuducu görünsə də, onların bütün tələləri daha ən başından pozulmuş olaraq qurular. Onlar planları ilə möminləri ən çox çətinliyə saldıqlarını, onları ən çox qorxutduqlarını sandıqları anlarda belə, əslində pozulmuş, öz əleyhlərinə çevrilmiş, onlara bəla olaraq geri qayıtmış bir planın hissələrini seyr edərlər. Ancaq nəticəsini hələ görmədikləri üçün özlərini zəfər qazanmış insanlar olaraq görərlər. Bütün hiylələrin aqibətini, daha o hiylələr qurulmadan bilən Rəbbimiz onların hiylələrinin pozulacağını bizlərə belə xəbər verir:

Zalımlar öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (İbrahim surəsi, 46-47)

 

Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 43)

Allah bir başqa ayəsində isə keçmişdəki qövmlərdən nümunə verərək onların içində pislik edənlərin məğrubiyyətə uğradılmış bir qrup olduğunu bildirmişdir. Tarixdə necə pislərin ittifaqı məğrubiyyətə uğradısa, indiki vaxtda də mütləq uğrayacaq. Onsuz da onlar məğlubiyyətə uğramış olaraq yaradılmışlar:

Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın ediləcəkdir. Onlardan əvvəl Nuh qövmü, Ad və dirəklər sahibi Firon da elçiləri yalançı saymışdılar. Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bunlar əlbir dəstələr idi. (Sad surəsi, 11-13)

Allah dünyada pislik üçün səy göstərənlər, insanları Öz yolundan döndərən, onlara çirkinliyi və utanmazlığı öyrədənlər üçün axirətdə ağrılı-acılı, çox şiddətli, heç dayanmayan, bir dəfə olsun ara verilməyən və sonsuza qədər davam edəcək olan bir əzab olduğunu bildirmişdir. Axirət əzabından əvvəl isə dünyada da şiddətli əzablarla qarşılaşacaqlarını belə xəbər vermişdir:

Sonra isə Allahın ayələrini yalan sayıb onlara lağlağı etməklə pislik göstərənlərin nəsibi lap yaman oldu. (Rum surəsi, 10)

 

Alçaq hiylələrə əl atanlar Allahın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi?
(Nəhl surəsi, 45)

Pislərin ittifaqına daxil olanlar dünya həyatının mənfəətləri üçün onlarla birlikdə olmağı, onların yanında yer almağı bir üstünlük və fayda zənn edənlər, axirətdə pislərlə birlikdə olduqları üçün böyük bir peşmançılıq yaşayacaqlar. Dünya həyatında sözlərindən çıxmadıqları, böyük bir hörmət duyduqları bu insanlar üçün Allahdan şiddətli bir əzab istəyəcəklər. Ancaq onların bu peşmançılıqları onlara heç bir fayda gətirməyəcək. Ayələrdə belə buyurulur:

Kafirlərin başçılarına deyiləcək: “Bu sizinlə birlikdə Cəhənnəmə girən dəstədir. Başçılar deyəcəklər: “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”. Tabe olanlar deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təqdim edibsə, onun əzabını odda ikiqat elə!” (Sad surəsi, 59-61)

Dünya həyatında yaxşılıq iddiasıyla yola çıxıb, yaxşıları pis, özlərini də yaxşı göstərməyə çalışan bu azğın, lağlağı və zalım insanlar cəhənnəmə girdikdə yaxşıları axtaracaqlar, ancaq onları tapa bilməyəcəklər. Çünki onlar Allahın özləri üçün yaratdığı sonsuz gözəllikdəki cənnətdə əbədiyyətə qədər qalmaq üzrə yerlərini almışlar:

Günahkarlar deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən pis adamlar saydığımız kişiləri burada görmürük? Biz onları haqsızcasınamı məsxərəyə qoyurduq? Nə isə, onlar gözə dəymirlər?” Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir. (Sad surəsi, 62-64)